Azerbaycan’dan bir mektup: Bir Ercumend Özkan keçdi bu dünyadan

Azerbaycan’dan bir mektup: Bir Ercumend Özkan keçdi bu dünyadan

“Öz fikir və kitablarına, öz camaatına çağıran hoca, din adamı, düşünür və.s – lərin əksinə insanları sadəcə və sadəcə Allaha, Qurana və Allah Rəsulunun (Allahın salamı olsun onun üzərinə) səhih sünnətinə dəvət etdi.”

Hayal Müzafferov

Vəfatının il dönümündə dəyərli mücahidi rəhmətlə anırıq. Ercumend Özkan modern və ənənəvi xurafatların, batil anlayışların hər üzünə cəbhə alan, öldüyü günə kimi İslamın yolunda yorulmadan, usanmadan mübarizə aparan nadir şəxsiyyətlərdən idi. Bəli, Ercumend Özkanın üstümdə haqqı böyükdür. O dəyəri yetəri qədər bilinməyən bir dəyər idi…

Sekulyar partiyaçılığın necə batil bir metod olub, tövhidə necə zidd olduğunu hər kəsin anlayacağı şəkildə rahat və eyni zamanda elmi yöndən izah etdi. Türkiyədə bir çox məsələnin ilkinə imza atdı. İlk dəfə Allahın hakimiyyət haqqı məsələsini Türkiyə səviyyəsində o gündəm etdi. İlk dəfə tasavvufun tövhidə tərs və İslama alternativ bir din olduğunu Türkiyə səviyyəsində o dilə gətirib, o tənqid etdi. Laisizmi müdafiə edənlərlə və tasavvuf əhli ilə canlı debatlar elədi. Quranın anlaşılaraq oxunması, hər bilginin Qurana ərz edilməsi məsələsini Türkiyədə ilk gündəm edənlərdən oldu və bu yolda böyük bir cığır açdı. Quranı anlayaraq oxumağa çağrı edərkən mealçılığa, hədis və sünnəti topdan rədd edənlərə və modernizmə qarşı da sərt cəbhə aldı. (Ercumend Özkanın “Laiklik, Demokrasi və İslam” kitabını oxuyan onun Allah Rəsuluna və səhih sünnətinə necə dəyər verib, necə bağlı olduğunu anlayar. O kitabı oxuyaraq mealçılıqdan da dönən olub)

Öz fikir və kitablarına, öz camaatına çağıran hoca, din adamı, düşünür və.s – lərin əksinə insanları sadəcə və sadəcə Allaha, Qurana və Allah Rəsulunun (Allahın salamı olsun onun üzərinə) səhih sünnətinə dəvət etdi. Dinamit programına iki dəfə çıxdı. Birində modernist və laisizmi müdafiə edən Hocalarla (Abdulaziz Bayandır, Bayraktar Bayraklı, Yaşar Nuri və.s) debat etdi, digərində sekulyar partiyaçılarla (Ərdoğaqoyuramn da ordaydı). O çıxışından sonra Dinamit proqramını ümumiyyətlə bağladılar və Ercumend Özkana da televiziya yasağı qoydular. Tövhid sancağını daşıya bildiyi hər yerə daşımağa çalışdı və yenə Adanaya İslami konfransa gedərkən yolda vəfat elədi. Ercumend Özkan deyəndə eyni zamanda “su səhəngi su yolunda qırılar” misalı yadıma düşür hər zaman. Həyatı boyu əlif kimi dimdik durdu, həbsxanalarda bədəllər ödədi, ömrünü adadığı tövhidin yolunda mübarizə apardı və o yolda da vəfat elədi. Və Ercumend Özkana qarşı bir ömür vəfa borcum olacaq. Allah sənə rəhmət eləsin Quran və Tövhid müəllimim…

Paylaş :

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

1 Comment

  • Halil
    24 Ocak 2023, 12:28

    23. Mü’minler içinde öyle yiğitler var ki, Allah’a verdikleri söze dâimâ bağlı kalmışlardır. Onlardan kimi sözünün gereğini yerine getirip O’nun yolunda can vermiş, kimi de sırasını beklemektedir. Onlar, verdikleri sözü asla değiştirmemişlerdir.(Ahzap Suresi)

    REPLY